Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub - VƏZİFƏYƏ KEÇMİŞ MÜDAFİƏ NAZİRİ GƏTİRİLİB

  • By admin
  • 12 Sentyabr 2019 20:28

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

Gununsesi.org xəbər verir ki, L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

HTML tutorial

O, Kəşfiyyat Xidmətin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub.

 

Gununsesi.org