Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu

  • By admin
  • 07 Sentyabr 2021 21:07

Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” telekanalının təsisçisi David Kezeraşvili 5 il azadlıqdan məhrum edilib.

Gununsesi. info Vestikavkaza.ru-ya istinadən xəbər verir ki, müvafiq hökm Gürcüstan Ali Məhkəməsi tərəfindən verilib.

Kezeraşvili Müdafiə Nazirliyinin layihəsi ilə bağlı 5 milyon 60 min avronun mənimsənilməsində ittiham olunur. Ona qarşı 7 cinayət işi açılıb.

Qeyd edək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Gununsesi. info