Gürcüstanın kurort şəhərlərini su basdı -VİDEO

Leysan yağışları Gürcüstanın kurort şəhərlərində fəsadlara yol açıb.

Gununsesi.info  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, əsas olaraq güclü yağışlar səbəbindən Batumi və Kobuleti şəhərlərində küçələri su basıb.

HTML tutorial

Batumidə Maxoncauri qəsəbəsində çayın daşmasına görə mərkəzi küçələr su altında qalıb.

Nəticədə bir neçə saat ərzində nəqliyyatın hərəkəti iflic olub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Gununsesi.info