
Gürcüstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb.
Gununsesi.info xəbər verir ki, qonaqlar 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər.
Sənətçilərə Ermənistanın törətdiyi terror əməlləri barədə məlumat veriləcək. Daha sonra mədəniyyət xadimlərinin Ağdama səfəri nəzərdə tutulub.
Gununsesi.info