Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının sıralarını tərk edib.
Partiyanın rəsmi saytında Siyasi şura üzvlərinin yeni siyahısı yerləşdirilib. Siyahıda partiyanın mayın 11-də keçirilmiş qurultayında Siyasi şuraya seçilmiş 15 nəfərdən 14-nün adı var. Sabiq baş nazir Georgi Kvirikaşvilinin adı siyahıdan çıxarılıb.
Siyasi şuranın üzvü Tamar Çuqoşvili bildirib ki, partiyanın rəhbər strukturunda yeni baş nazir Mamuka Baxtadze yer alacaq.
Partiyanın üzvü, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev “Report”a açıqlamasında deyib ki, partiyanın Siyasi şurasından və üzvlüyündən çıxarılmasını G.Kvirikaşvili özü xahiş edib.