Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynada münaqişə bitdikdən sonra ölkənin tərəfdaşları ilə münasibətlərinin yaxşılaşacağını proqnozlaşdırıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Yüksək ehtimalla Ukraynada müharibə gələn il başa çatacaq. Müvafiq olaraq, gələn ildən Gürcüstan hakimiyyəti ilə tərəfdaşlarımız arasında münasibətlər keyfiyyətcə yaxşılaşacaq”, – deyə baş nazir bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan üçün çox vacibdir, çünki inkişaf etməkdə olan iqtisadiyyata heç bir maneə olmamalıdır.
Kobaxidze bir qədər əvvəl Gürcüstanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanmasını dəstəklədiyini və Cənubi Qafqazda sabitliyin və dinc yanaşı yaşamanın tərəfdarı olduğunu bildirib.
Gununsesi.info