Gürcüstanın turizm gəlirləri 1,8 mlrd. dollar azalıb

  • By admin
  • 10 Sentyabr 2020 15:26

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm gəlirləri illik müqayisədə 4,7 dəfə və ya 1,8 mlrd. ABŞ dollar azalaraq 483 mln. dollar təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə ən böyük zərbə turizm sektoruna dəyib. Nazir müavini qeyd edib ki, cari ilin 8 ayı ərzində Gürcüstanın vergi gəlirləri də ötən illə müqayisədə 330 mln. lari (106,3 mln. dollar) azalıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-avqust aylarında Gürcüstanın turizm sektorunun gəlirləri 2,3 mlrd. dollardan çox olub.

 

 

Gununsesi.info