Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə regional təhlükəsizlik, humanitar məsələlər və ABŞ-nin Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasındakı rolu müzakirə edilib.
İ.Darçiaşvili ABŞ-nin strateji tərəfdaş kimi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi baxımından göstərdiyi mühüm səylərə görə Lui Bonoya təşəkkür edib.
Gununsesi.info