Fevralın əvvəlində yaz sessiyası başlayandan sonra Gürcüstan parlamenti yeni baş nazirə və onun təmsil etdiyi kabinetə etimad prosedurunu keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan KİV-i hökumət administrasiyasına istinadən məlumat yayıb.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən istefa verib.
Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin hökumət başçısı postuna namizəd kimi baxıldığını təsdiqləyib.
Prosedura görə, qanunverici orqana yeni hökumətə etimad göstərmək üçün iki həftə vaxt verilir.
Yeni Nazirlər Kabinetinə etimad səsverməsini qazanmaq üçün sadə səs çoxluğunun – 76 deputatın səsi lazımdır.
Gununsesi.info