Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Batumidə keçirilən tədbiri ədliyyə nazirinin birinci müavini yekunlaşdırıb.
Tamar Tkeşelaşvili forum iştirakçılarına – Gürcüstan və Azərbaycanın Ədliyyə nazirliklərinin, ədliyyə, prokurorluq, hüquqşünaslar korpusunun nümayəndələrinə səmərəli və maraqlı fəaliyyətlərinə görə təşəkkür edib və birgə bəyannamənin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan hüquq forumu hər il keçiriləcək və bu foruma öz növbəsində Gürcüstan və Azərbaycan ev sahibliyi edəcək.
Gununsesi.info