Gürcüstanla Qətərdən Ərdoğana dəstək

  • By admin
  • 16 İyul 2016 10:45

erdogan

 

 

 

Gürcüstan prezidenti Gergiy Marqveraşvili və baş nazir Gergiy Kvirikaşvili demokratik yolla seçilən Türkiyə hakimiyyətinin yanında olduqlarını bəyan ediblər. Gununsesi.info Gürcüstam mediasına istinadən xəbər verir ki, Gürcüstanın ali rəhbərliyi bununla da Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğanın yanında olduqlarını bir daha bəyan ediblər.

İstambul və Ankarada Fətullah Gülən cərəyanının “paralel hökumət” üzvləri tərəfindən təşkil olunaraq həyata keçrilən hərbi çevriliş cəhdindən sonra Gürcüstan hökuməti Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Təhlükəszilik Şrasının iclası Gürcüstan prezidentinin rezidentsiyasında keçirilib və iclas bir saata yaxın davam edib. İclasın yekununda çıxış edən Gürcüstan prezidenti G. Marqvelaşvili deyib ki, biz Türkiyə hakimiyyətini və bu ölkənin prezdenti R.T. Ərdoğanı dəstəkləyirik. Gürcüstan prezidenti qısa zamanda Türkiyədə vəziyyətin normallaşacağına ümidvar olduğunu da bəyan edib.

Qətər əmiri Şeyx Təmim bin Hamad əl-Sani də Türkiyə prezdentinə zəng vuraraq onu dəstəklədiyni bəyan edib. Qətər əmiri eyni zaanda R.T.Ərdoğanının tez bir zamanda ölkədə sabitliyin bərqərar olması üçün öz konstitutsion hüquqlarından istifadə edərək qiymaçıları yerində yatırmağı bacaracağına da ümidvar olduğunu bəyan edib. Həmas təşkilatı da Ərdoöanın yanında olduğunu bəyan edib.

 

Gununsesi.info