Gürcüstanla quru sərhədlər açılsın - DEPUTATDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Naqif Həmzəyev hökuməti Gürcüstanla quru sərhədləri açmağa çağırıb.

Gununsesi.info-nun xəbərlərinə görə, deputat bildirib ki, ən çox müraciətlər quru sərhədləri ilə bağlı alır: Deputat bildirib ki, ən azından Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədi açmaq olar: “Bilirik ki, digər sərhədlərdə problem var. Bu da müəyyən dərəcədə bizə ünvanlanan suallara cavab olar.

Xüsusilə yay aylarında bu sərhədin açılması çox yaxşı olardı. ÜST-ün son qərarından sonra vətəndaşlar bunu istəyirlər. Bu gün Azərbaycanın ən çox qohumluq əlaqəsi məhz Gürcüstanda yaşayan soydaşlarımızladır”.

 

Şəbnəm

Gununsesi.info