Gürcüstanla Rusiya arasında münasibətlər yenidən pozulur

  • By admin
  • 27 Mart 2018 14:36

Gürcüstanla Rusiya arasında münasibətlər yenidən pozulur.

Səbəb isə Rusiyanın Gürcüstanla əlaqələrin normallaşdırılması istiqamətində Tiflisə qarşı addım atmamasıdır.

Gununsesi.info “Sputnik –Gürcüstan”-a istinadən xəbər verir ki,  Cenevrə danışıqları ərəfəsində Tiflis Gürcüstan-Rusiyamünasibətlərinin normallaşdırılması istiqamətində  Rusiyanında qarşı tərəfə yönəlik addım atmaq barədə  çağırış edib.  Martın 27-28-də Cenevrədə Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması istiqamətində danışqıların növbəti raundu keçiriləcək.

Gürsüstan tərəfi hesab edir ki, danışqların bu mərhələsində də Moskvanın Tiflisə yönəlik hər hansı addım atmaması danışqıların pozulmasına şərait yaradır və onlar bunu istisna etmir. Gürcüstanın baş naziri  Georqiy Kvirikaşivili Rusiya hakimiyyətinə rəsmi formada qarşı tərəfə doğru  addım atması barədə çağırış edib. Gürcüstan baş naziri Abxaziya və Cənubi Osetiya ilə də birbaşa dialoqun başlanmasına hazır olduğunu bəyan edib. Baş nazir Cenevrədə baş tutacaq danışqıların yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu bəyan edib. Baş nazir eyni zamanda bu danışıqlarda özünün də iştirak etməyə hazır olduğunu bildirib.

Cenevrə danışıqları iki ölkə arasında münasibətlərin normallaşdırılamsı istiqamətində birbaşa danışıq formalarından biridir. Tiflislə Moskva arasında diplomatik münasibətlər 2008ci ildə kəsilib. Buna səbəb isə Moskvanın Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması olub.

Gununsesi.info