Gürcüstanlı müsəlmanlar İraq səfirliyi qarşısında aksiya keçirdi

Gürcüstanın Marneuli və Poniçala bölgəsindən olan bir neçə qrup müsəlman İraqın Kərbəla şəhərinə “Ərbəin” səfər etmək istəsələr də sözügedən ölkə Gürcüstan vətəndaşlarına viza verməkdən boyun qaçırır.

Gununsesi.info xəbər verir ki, İraqın Tbilisidəki səfirliyi bir neçə dəfə viza veriləcəyini vəd etsə də, fəqət bundan boyun qaçırıb.

HTML tutorial

Səfirliyin qarşısında etiraz edən müsəlmanlar onlara “Ərbəin” səfəri üçün viza verilməsini tələb edirlər.

Bu mərhələdə diplomatik korpusdan onlara konkret bir açıqlama verilmir.

Etirazçılar diplomatik korpusun qarşısında “Səfirə lənət – Səfirə lənət” şüarları səsləndirirlər.

Gununsesi.info