“Güzgüyə baxıb, eyni simanı görməkdən yoruldum” - NAMİQ QARAÇUXURLU

  • By admin
  • 13 İyul 2017 16:22

namiq

“Dənizə səhər tezdən – saat 7-də gəlir, 11-ə kimi üzürəm. Həmin vaxt adam az olur. Bu, ulduzluq deyil. Sadəcə, bir az çəkinirəm”. 

Gununsesi.info xəbər verir ki, bu sözləri meyxanaçı Namqi Qaraçuxurlu “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

İfaçı dənizə qarşı fobiyası olduğunu etiraf edib: “Sudan bir az qorxmuşam. Bir dəfə qayığı çevirdilər, düşdüm suya, boğulurdum. Bir neçə dəfə cəhd göstərdim, gördüm alınmır, qollarımı buraxdım. Məni xilasedicilər sudan çıxardılar. Ondan sonra dənizdən qorxdum. İndi-indi yenidən dənizə alışıram”.

N.Qaraçuxurlu son günlər görünüşündə dəyişiklik edib, saqqal saxlamasının səbəbini açıqlayıb: “Güzgüyə baxıb, eyni simanı görməkdən yoruldum. İstədim bir az dəyişiklik edim”.

Gununsesi.info