Həbibi əsəbləşdi: “Bəlkə yığışdıraq bu söhbətləri?”

  • By admin
  • 08 İyul 2016 11:54

nata

Gununsesi.info xəbər verir ki, müğənni Natəvan Həbibi sosial şəbəkədə xarici görünüşünün dəyişməsilə bağlı gedən söz-söhbətlərə son qoyub.

“Komentlərinizi oxuyuram, öz haqqımda çoxlu yeniliklərlə tanış oluram.Variantlar çoxdu: ya burnumu əməliyyat etdirmişəm, ya dodağımı böyütmüşəm, ya yanağımı şişirtmişəm, ya da qaşımı permament etdirmişəm- qısası təbii bir şey qalmayıb. Bəlkə artıq yığışdıraq bu söhbətləri? Mənim çox gözəl kosmetoloqum var, siz də gedin onun yanına, görün əməliyyatsız necə gözəlləşirsiz. Sadəcə, üz dərisinə düzgün  qulluq, peşəkar makiyaj və saç düzümləridir məni belə dəyişdirən”-deyə, o, qeyd edib.

 Sevinc  Xeyrulla