Həbs edilən baş həkimin yerinə TƏYİNAT

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB rəhbəri Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, tibb üzrə fəlsəfə doktoru Məmmədov İlqar İslam oğlu Xəstəxanaya baş həkim təyin olunub.

HTML tutorial

O, təyinata qədər həmin xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, xəstəxananın bundan öncəki iki baş həkimi korrupsiya cinayəti ilə əlaqədar həbs olunub.

Gununsesi.info