Sosial şəbəkələrdə bu günlərdə həbs edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun saxlanıldığı “Bandotdel”də işgəncələrə məruz qalaraq, ödürülməsinə dair xəbərlər yayılıb.
Həmin xəbərlədə həbsdə olan müxalif fəalla bağlı məlumatlar verilmədiyi və ona ağır işgəncələr verildiyi idda olunur.
Ancaq Daxili İşlər Nazirliyi müxalif fəalın öldürülməsi ilə bağlı iddiaları təkzib edib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Gununsesi.info-ya açıqlamasında bu barədə deyilənlərin doğru olmadığını deyib: “Hər hansı bir işgəncədən söhbət gedə bilməz. Vəkili ilə əlaqə saxlayın, o da açıqlama verəcək”.
GUNUNSESİ.İNFO