Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin və onun birinci müavini Tatarov Ramiz dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb.
Sonra isə icra hakimiyyəti başçısının daha bir müavini tutulub. Bu, başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.
Gununsesi.org “Yeni Sabah”-a istinadla xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Əldə etdiyimiz məlumata görə, həbs olunan müavin Baş Nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.