Həbs olunan rəis müavini intihar edib

  • By admin
  • 20 İyul 2016 15:52

ankara

 

Türkiyədə hərbi çevriliş təşəbbüsü zamanı qiyamçılara dəstək olan polis əməkdaşları haqqında istintaq başlayıb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində 900 polis əməkdaşı işdən azad edilib. Bildirilir ki, vəzifədən uzaqlaşdırılanlar arasında müxtəlif rütbəli polis rəisləri və polis əməkdaşları var.

Məlumata görə, sözügedən şəxslər barədə istintaq işləri start götürüb. Eyni istintaq çərçivəsində Haymana, Güdüldü bölgələrinin polis rəisləri və bir komissar vəzifəsindən uzaqlaşdırılıb.

Bu zaman Güdüldü polis rəisinin müavini Mutlu Ç. tapança ilə özünə atəş açaraq intihar edib. Xəstəxanaya çatdırılan Mutlu Ç. dünyasını dəyişib.

Gununsesi.info