Həbs olunduğum gecə məni döyüb, yazdıqlarımı saytdan sildirdilər

  • By admin
  • 04 Yanvar 2024 12:25

“Mənim 2021-ci ildə kimdənsə hədəq-qorxu ilə rüşvət tələb etməyim barədə ittiham absurddur. Əgər belə bir hal olmuşdursa, o zaman niyə 2023-cü ilə qədər gözləyiblər? Mənim həbsim son zamanlar polisə verilmiş hüdudsuz səlahiyyətlər çərçivəsində qisasdan doğub. Çünki, mən regionlarda polis işgəncələri və vətəndaşlara qarşı qanunsuzluqlar haqqında yazmışam. Dəfələrlə, oğurlanaraq, polisə aparılmışam. Sonuncu materialım Abşeron polisində iki qadının döyülməsi barədə olub. Bundan sonra həbsimə sanksiya verildi”.

 

Bunu hazırda həbsdə olan dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov media üçün yaydığı bəyanatında bildirib.

Ərşad İbrahimov həbs olunan gecə döyülməsinə diqqət çəkib: “Mən həmin gecə döydülər. Qabırğalarımdan biri sınıb. Ayağımda xəsarət qalmışdı. Məni istintaq təcridxanasına köçürəndə orada kitaba qeyd olunub. Məndən zorla saytın şifrəsini alıb, həmin yazıları sildiriblər”.

Ərşad İbrahimov onun əleyhinə ifadə verən “zərərçəkəni” tanımadığını da deyib: “Həmin şəxsi də polis idarəsində hədələyiblər və mənim əleyhimə ifadə verib”.

 

Gununsesi.info