Həbs xəbəri yayılan Hüseyn Məsumov danışdı - Yoxlamalar gedir, günahı olanlar varsa, məsuliyyətini də daşıyacaq

  • By admin
  • 31 Avqust 2022 00:17

Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Hüseyn Məsumovun saxlanılması barədə xəbər vermişdik.

Qeyd edək ki, dünən gün ərzində Hüseyn Məsumovun mobil telefonu bağlı olduğundan onun saxlanılması barədə xəbərləri ciddiləşdirib.

HTML tutorial

Bu arada dünən axşam saatlarında Hüseyn Məsumovun sərbəst buraxılması barədə xəbər yayılıb.

Bu xəbərdən sonra Gununsesi.info-nun əməkdaşı Hüseyn Məsumovun mobil telefonuna təkrar zəng edərək, onunla danışa bilib.

Fəaliyyətinin şəffaf olduğunu deyən Hüseyn Məlikov əməkdaşımıza bunları bildirib:

“Mən uzun illər dövlətə xidmət eləmişəm. Çirkli işlərdən uzağam. Hazırda da evimdəyəm. Heç bir həbsdən söhbət getmir.

Yoxlamalar gedir, günahı olanlar varsa, məsuliyyətini də daşıyacaq”.

 

Elmar

Gununsesi.info