Keçmiş diplomat Emin İbrahimovun Şüvəlan İstintaq Təcridxanasında 20 gündür davam etdirdiyi aclıq aksiyasını bugün, avqustun 12-də dayandırdığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu barədə o, telefon söhbətində qeyd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Öz növbəsində, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı da deyib ki, İbrahimov aclığı ailə üzvlərinin, qohumlarının, dostlarının və həmfikirlərinin israrlı xahişlərindən sonra dayandırıb.
“Biz bundan əvvəl də Emindən aclığı dayandırmağı xahiş edirdik, lakin o, israrla aksiyanı davam etdirirdi. Bu dəfə biz onu inandırdıq ki, o, mübariz adamdır və işini davam etdirmək üçün sağlam olmalıdır”, – deyə Qasımlı bildirib.
Gununsesi.info