
Həbsdə olan jurnalist Sənan Abdullayevin həyat yoldaşı Nəzakət Seyidova Penitensiar Xidmətinin rəisi Mirsaleh Seyidova müraciət edib.
Gununsesi.info vasitəsilə Penitensiar Xidmət rəisinə üz tutan Nəzakət Seyidova bildirib ki, müraciətinə səbəb 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşı Sənan Abdullayevin səhhətində ciddi problemin yaranmasıdır.
Onun sözlərinə görə, buna baxmayaraq müəssisə rəhbərliyi Sənan Abdullayevi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürməkdən imtina edir:
“Mən Mirsaleh Seyidovdan xahiş edirəm ki, mənim müraciətimi nəzərə alsın. Onun səhhətində çox ciddi problemlər var. Onun müalicə müəssisəsinə köçürülməsinə göstəriş versin”.
Şəbnəm