Həbsdə olan jurnalistin səhhəti ağırlaşıb

  • By admin
  • 03 Aprel 2018 15:36

 

Vəkil Cavad Cavadlı bu gün Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Kanal13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovla görüşüb.

Bu barədə Gununsesi.info-ya məlumat verən C.Cavadlı bildirib ki, Əziz Orucovun səhhətində ciddi problemlər var: “Əvvəlki görüşlərdən fərqli olaraq Əzizi yaxşı durumda görmədim. Ürəyində ağrılar yaranıb, kəskin öskürəyi var və hərarəti düşmür. Deməsinə görə, hərəkət etməkdə çətinlik çəkir. Müalicə alsa da, səhhətində yaxşılaşma hiss olunmur. Səhhətində səhhətində olan problemlər xarici görünüşünə baxanda da hiss olunurdu”.

Üqeyd edək ki, Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Ona əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilsə də, azadlığa çıxmalı olduğu gün barəsində cinayət işi başlanıb və həbs-qətimkan tədbiri seçilib. Jurnalist “Qafqaz Media Araşdırmalar Mərkəzi” adlı təşkilatın fəaliyyətinə görə CM-nin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq, 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov isə günahsız olduğunu, həmin təşkilata aidiyyatı olmadığını bildirir.

Gununsesi.info