Həbsdə vəfat edən icra başçısının kamera yoldaşının da vəziyyəti pisləşdi

Gəncədəki 2 saylı istintaq həbsxanasında vəfat edən Ağstafa rayon İH- nin sabiq başçısı Nizaməddin Quliyevin kamera yoldaşı Rasim Allahverdiyevin də səhhəti pisləşib. Bu barədə Gununsesi.info-ya Rasim Allahverdiyevin yaxınları bildirib.

Qeyd edək ki, Rasim Allaverdiyev Daşkəsənin Xoşbulaq kənd bələdiyyəsinin sədri olub və hazırda həbsdədir.

Məlumatda deyilir ki, koronavirus pandemiyasına yoluxan Rasim Allahverdiyev müalicə olunmaq üçün həbsxanadan  ixtisaslaşmış xəstəxanalardan birinə yerləşdirilib.

Gununsesi.info