Hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının fəalı Mahir Əzimov oğlunun dəfninə buraxılıb.
Bu barədə Gununsesi.info-ya vəkil Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, məhkəmənin qərarı ilə Mahir Əzimov 3 günlük yas mərasimində iştirak etmək üçün evində olacaq.
Qeyd edək ki, Mahir Əzimovun oğlu dünən dənizdə boğularaq həyatını itirib.
Afət.