Həbsdəki generaldan xəbər var

  • By admin
  • 24 Yanvar 2024 13:42

Bakı Hərbi Məhkəməsinin hökmü ilə “Tərtər İşi” çərçivəsində 9 il 6 ay azadlıqdan məhrum edilən general Bəkir Orucov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Bu barədə Gununsesi.info-ya generala yaxın mənbə deyib.

Bildirilir ki, səhətində problem yaranan Bəkir Orucov hazırda Müalicə Müəssisəsində tibbi müayinədən keçirilir.

Xatırladaq ki, Bəkir Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini tutub.

 

Elmar

Gununsesi.info