Həbsdəki generaldan xəbər var - ÖZƏL

  • By admin
  • 01 İyun 2023 11:40

Hazırda həbsdə olan Müdafiə Nazirliyinin  sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovdan xəbər var.

Gununsesi.info-nun məlumatına görə, general Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Onun səhhətində hansı problemin olduğu barədə məlumat olmasa da bildirilir ki, Rövşən Əkbərov uzun müddətdir ki, Müalicə Müəssisəsində saxlanılır.

Qeyd edək ki, Rövşən Əkbərov qəsdən adam öldürmə cinayətinə görə  Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Mais

Gununsesi.info