Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin cinayət işi ilə bağlı artıq məhkəmə prosesinə start verilib.
Gununsesi.info-nun xəbərinə görə, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan MTN generalının ittiham aktını Baş Prokuror Zakir Qaralov şəxsən imzalayıb. 20-yə yaxın epizoddan ibarət olan ittiham aktında Elçin Quliyev və ATM-in 1-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəis müavini Azər Mehdiyev çoxsaylı cinayətlərdə günahlandırılır.
Hər iki şəxs MTN-də yardılan mütəşəkkil dəstənin üzvü kimi xidməti vəzifələrinin icrası ilə əlaqədər rəhbrəlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yayalanıb, vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini tamaq məqsədilə aşmaqla bir sıra cinayətlərə imza atıblar.
Gununsesi.info