Həbsdəki jurnalistin səhhətində problem yaranıb

  • By Ayshan
  • 04 Dekabr 2025 18:58

Hazırda həbsdə olan jurnalist Hafiz Babalının səhhətində problem yaranıb.

 

Gununsesi.info bildirir ki, bu barədə onun ailəsi məlumat yayıb.

 

“Hafiz Babalının səhhətində, xüsusilə ayağı ilə bağlı, ciddi problemlər yaranıb.

Onun ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib. Müəssisənin həkimi vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib”.

Ayşən
Gununsesi.info