ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının təmsilçiləri bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, həbsdə olan jurnalistlərin ailə üzvləri və onların vəkilləri ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya məlumat verən vəkil Bəhruz Bayramovun sözlərinə görə, ATƏT-in Müşahidə Missiyasının Media üzrə analitiki Yeqor Tilpinov və hüquq üzrə analitiki Svetlana Çetaykina ilə görüşüb.
Bəhruz Bayramovun sözlərinə görə, həbsdə olan “Kanal 13” TV-nin rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova da görüşdə iştirak edib.
Görüş zamanı Azərbaycanda seçkiqabağı insan hüquqlarının durumu və xüsusilə medianın vəziyyətindən danışılıb:
“Mən hüquqlarını müdafiə etdiyim siyasi lider Qubad İbadoğlu, jurnalistlər Əziz Orucov, Ərşad İbrahimov və digər şəxslər haqqında geniş məlumat verdim. Onların həbsi və həbsin əsas səbəbləri haqqında geniş məlumatlarızı bölüşdük”.
Bəhruz Bayramov qeyd edib ki, Əziz Orucovun həyat yoldaşı da onun həbsi ilə bağlı təfərrüatlı məlumatları ATƏT nümayəndələrinin diqqətinə çatdırıb.
Şəbnəm
Gununsesi.info