Həbsdəki jurnalistlərin məsələsini hökumətlə konstruktiv dialoqumuzda müzakirə edirik - BRİTANİYA SƏFİRİ

  • By admin
  • 18 İyul 2025 14:40

“Azərbaycanda həbsdə olan jurnalistlərin məsələsi Böyük Britaniyanın diqqət mərkəzindədir. Sizə bildirim ki, hökumətlə konstruktiv dialoqumuzda bu məsələni müzakirə edirik”.

 

Gununsesi.info-nun xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Fergus Auld Milli Mətbuat Günü ilə bağlı bir qrup jurnalistlə görüşündə deyib.

Səfir Azərbaycanda jurnalistlərin həbsdə olmasından təəəssüfünü ifadə edib.

O, həmçinin BBC-nin Bakı ofisinin bağlanmasına toxunub.

 

Günay Mahirqızı

Gununsesi.info