Həbsdəki MTN generalının məhkəməsi baş tutmadı - SÜBAHİR QURBANOVUN SƏHHƏTİ PİSLƏŞİB

  • By admin
  • 20 Aprel 2017 14:56

MTN

Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.

Gununsesi.info musavat.com-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə düşmə səbəbi həbsdə olan general Sübahir Qurbanovun məhkəməyə gətirilməməsi olub.

General səhhəti ilə əlaqədar olaraq iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təxirə salınıb.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.