Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.
Bu barədə GUNUNSESİ.İNFO-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-nin Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.
Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.
Elmar
Gununsesi.info