Həbsdəki müstəntiqin müdafiəçiləri Böyük Britaniya səfirliyində olub

  • By admin
  • 12 Aprel 2017 12:48

ruf

 

Həbsdə olan siyasi məhbus Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin bir qrup üzvü Böyük Britaniya Krallılğının Azərbaycandakı səfir əvəzi cənab Stiven Makkoqmiklə görüşüb. Komitədən Gununsesi.info-ya verilən məlumatda deyilir ki, görüşdə həbsdəki müstəntiqin vəkili Bəhruz Bayramov onun həbsi barəsində geniş danışıb. Vəkil müdafiə etdiyi R.Səfərovun qanunsuz , tam əsassız həbsi, formal məhkəmə prosesləri,eləcə də həbsdən sonra cəzaçəkmə yerlərində ona verilən işgəncələrdən danışıb. Vəkil B.Bayramov səfir əvəzinin diqqətini belə vacib bir məqama cəlb etmişdir ki, hakimiyyət sabiq müstəntiq R.Səfərovun təkcə qanunsuz həbsi ilə kifayətlənməmiş, hal-hazırda da bütün vasitələrlə ona təzyiqlər göstərir, ağlasığmaz işgəncələr verir, nəyin bahasına olursa olsun onu sındırmağa çalışır.

Hüquq müdafiəçisi Mətləb Mütəllimli Azərbaycan Respublikasında insan hüquq və azadlıqların acınacaqlı durumu, şərlənərək həbs edilən 170 nəfər siyasi məhbus haqqında məlumat vermiş,şərlənərək həbs edilən insanların və ailələrinin daim təqib olunduğunu diqqətə çatdırmış, belə bir antidemokratik vəziyyətin yaranmasında beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin passiv mövqeyinin anlaşılmaz olduğunu xüsusi qeyd etmişdir.

el-ruf

R.Səfərovun atası Eldar Sabiroğlu oğlunun,eləcə də digər siyasi məhbusların qanunsuz həbsinə biganə qalmadıqlarına görə bütün Avropa ölkələrinin səfirliklərinə minnətdarlığını bildirmiş, lakin, belə passiv mövqenin yetərli olmadığını bildirmiş, Azərbaycanda insan hüquqlarının müdafiəsində beynəlxalq təşkilatları,səfirlikləri daha qətiyyətli olmağa çağırmışdır. Səfir əvəzi cənab S.Makkoqmik verilən məlumatlara görə R.Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvlərinə təşəkkür etmiş , bu sahədə hakimiyyətlə birgə görülən müəyyən işlər barədə qısa məlumat vermiş təəssüf hissi ilə qeyd etmişdir ki, görülən işlər, hələ ki, səmərəli nəticələr verməmişdir.

Görüşdə səfirliyin siyasi şöbəsinin müdiri cənab Ceymz Holder iştirak edib.