Həbsdəki nardaranlıya qarşı təxribat

  • By admin
  • 15 İyun 2016 11:12

fariz

Abbas Hüseynovun kamerasından “itilənmiş” qaşıq  “tapılıb”

HTML tutorial

 

Nardaran hadisələri zamanı həbs olunmuş Abbas Hüseynov 07 iyun 2016-cı ildə cərimə təcridxanasına salınıb. Buna səbəb kimi onun saxlandığı kamerada bıçaq kəsmək üçün nəzərdə tutulan ətrafı itilənmiş qaşığın aşkar edilməsi olub. Bu barədə Gununsesi.info-ya adıçəkilən şəxsin vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, həmin qaşıq barədə Təcridxana əməkdaşlarının məlumatı olub: “Belə ki, hər gün kameralarda səhər yoxlanışı zamanı qaşıq stolun üstündə olub, nədənsə 07 iyun tarixində Təcridxana əməkdaşları həmin qaşığa görə kamerada saxlanılan Abbasla birlikdə digər 3 nəfəri də cərimə təcridxanasına salıblar. Abbas Hüseynova 5 gün müddətinə cərimə təcridxanasında saxlanılması nəzərdə tutulsa da, həmin müddət həftə sonuna düşdüyündən onu bazar ertəsi, yəni 13 iyuna qədər cərimə təcridxanasında saxlayıblar. Səbəb kimi Təcridxana rəisinin bazar günü Təcridxanada olmaması ilə izah ediblər. Cərimə təcridxanasında saxlanılarkən qanunvericiliyin tələbləri Təcridxana əməkdaşları tərəfindən pozulub. Belə ki, A. Hüseynova gün ərzində yalnız bir dəfə 15 dəqiqə olmaqla gəzintiyə çıxmağa icazə veriblər, həmçinin ona gündəlik istifadə üçün şəxsi gigiyenik əşyalar verməyiblər. Cərimə təcridxanası saxlanmaq üçün tamamilə yararsız vəziyyətdə olub, belə ki, tarakan və digər həşəratlar cərimə kamerasında saxlanılan şəxslərlə otağı bölüşüblər. Istintaq Təcridxanalarının Daxili İntizam Qaydalarına görə, cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər (15.4 mad). Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərin səhhətinə tibbi-sanitariya məntəqəsinin tibb işçiləri tərəfindən gündəlik nəzarət edilir. Bu barədə həbs edilmiş şəxsin tibb kitabçasında və təcridxana jurnallarında müvafiq qeydlər aparılır (34.2 mad). Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslər fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilir, onlara özləri ilə əl-üz dəsmalı, sabun, diş məcunu, diş fırçası, tütün məmulatları, kibrit və müəyyən olunmuş sayda kitab (jurnal) və ədəbiyyat istisna olmaqla, ərzaq məhsulları və digər şəxsi əşyaları götürmək qadağandır. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərə isti üst paltarı yalnız onlar gəzintiyə çıxarılarkən verilir (34.4 mad). Bu normalar Təcridxana əməkdaşları tərəfindən pozulub. Təbii ki, Penitensiar Xidmətin və ya Bakı İstintaq Təcridxanasının səlahiyyətli nümayəndəsi bu xəbəri təkzib edəcək, cərimə təcridxanasının müasir standartlara uyğun gəldiyini və orada Abbas Hüseynovun hər hansı hüququnun pozulmadığını bildirəcək. Məsləhət görərdim ki, belə açıqlama verməzdən əvvəl həmin şəxslər ən azından Abbas Hüseynovla söhbət etsinlər”.