
Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları bildirib. Məlumata görə, vəziyyəti ağır olan Mahir Quliyev süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Nizaməddin Quliyev koronovirusdan vəfat edib.
Günay
Gununsesi.info