Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev məlumat verib.
Baş prokuror deyib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir.
“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İstintaq başa çatandan sonra iş məhkəməyə göndərilicək”. – Kamran Əliyev vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Gununsesi.info