Həbsxana Sereni qəbul etmədi

  • By admin
  • 29 Yanvar 2018 22:00

 

“Duymayan kalmasın” verilişinin aparıcı Seren Serengil 3 gün həbs yatmayacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Serenin vəkili deyib. O, İnstaqram hesabında yazıb:

“Hörmətli, media işçiləri. İstanbul ailə məhkəməsinin müvəkkilim Seren Serengillə bağlı verdiyi 3 günlük həbs cəzasının icrası üçün Bakırgöy qadın həbsxanası bütün hazırlıqlarını edib. Lakin İstanbul ailə məhkəməsinin hakimi tərəfindən verilən qərar yazılmadığı üçün icra gerçəkləşməyib”.

Xatırladaq ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub.

Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır. Onun yerinə verilişi Demet Akalın aparacaq.

Qeyd edək ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etmiş və onun əleyhinə qeyri-etik ifadələr səsləndirmişdi.

Gununsesi.info