
Bu gün səhər saatlarında 5 saylı cəzaçəkmə müəssisəsində odlu silahdan açılmış atəşlə yaralandığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş konvoy taborunun əsgəri, 19 yaşlı Əyyublu Əyyam Mamay oğlu üzərində aparılan əməliyyat başa çatıb və hazırda xəstənin vəziyyəti stabil-ağır olaraq qalmaqdadır.
Gununsesi.info-nun məlumatına görə, Ə.Əyyublu bədəninin sol nahiyəsini deşib keçən və bağırsaqlarını da zədələyən 3 güllə yarası alıb. Xəstənin yaxın saatlarda Bakı şəhərindəki hospitala aparılacağı gözlənilir.
Gununsesi.info