Həbsxanada kütləvi dava- 7 NƏFƏR ÖLDÜ

Həbsxanada kütləvi dava

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.

Gununsesi.info-nun xəbərinə görə, ABC telekanalına açıqlama verən “Lee Correctional İnstitute” cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb.

Kütləvi dava nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Həbsxana əməkdaşları arasında zərərçəkən olmayıb.

Qeyd edək ki, sözügedən həbsxanada ağır cinayətlərə görə məhkum edilmiş 1,5 min məhbus saxlanılır.

Gununsesi.info

COMMENTS