
Braziliyanın şimalında yerləşən Riu-Qrandi-du-Norti Ştatının Alcaçuz həbsxanasında qiyam baş verib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, qiyam nəticəsində 26 nəfər ölüb. Belə ki, ölənlərin hamısının başının kəsildiyi xəbər verilır. Sözügedən həbsxanada baş verən qiyam 14 saatdan sonra nəzarətə götürülüb.
Qiyamın iki qruplaşma arasında baş verdiyi deyilir. Ölənlərin sayının artacağı da istisna edilmir.
Qeyd edək ki, son iki həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.
Anar
Gununsesi.info