Sardiniyadakı həbsxanadan qaçan italyan mafiya başçısı Fransada tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Marko Raduano Korsikada həbs edilib, Fransa və İtaliya rəsmiləri təsdiqləyiblər. O, Europolun Avropanın ən çox axtarılan cinayətkarları siyahısında idi.
Avropolun məlumatına görə, o, narkotik ticarəti və digər cinayətlərə görə 24 il həbs cəzasına məhkum olunub.
Raduano keçən ilin fevral ayında divara dırmaşmaq üçün kəndir düzəltdiyi çarpayılardan istifadə edərək ciddi rejimli həbsxanadan qaçıb.
Raduano cümə axşamı Aleriyada gənc qadınla restoranda nahar edərkən həbs edilib.
İtaliya hakimiyyəti Raduanonun yaxın köməkçisi Canluici Troianonun da İspaniyanın cənubundakı Qranada yaxınlığında saxlanıldığını açıqlayıb.
40 yaşlı Raduanonun Siciliya, Kalabriya və Neapolun məşhur təşkilatlarından sonra İtaliyanın dördüncü mafiyası adlandırılan Foggia cinayət sindikatının rəhbəri olduğu güman edilir.
Xatırladaq ki, ötən il İtaliyada it polisə mafiya başçısını tutmağa kömək etmişdi.
Bu arada Almaniya Daxili İşlər Nazirliyi ölkədə mindən çox italyan mafiozun olduğunu açıqlayıb.
Gununsesi.info