Həbsxanaya basqın edən silahlı dəstələr indi də baş nazirin istefasını tələb edir

  • By admin
  • 05 Mart 2024 16:39

Haitidə silahlı dəstələr iki böyük həbsxanaya basqın etdikdən sonra baş nazir Ariel Henrinin istefasını tələb ediblər.

Gununsesi.info BBC-nin məlumatına görə, silahlı dəstələr martın 2-də və 3-də Karib hövzəsi ölkəsinin paytaxtı Port-o-Prinsin Krua-des-Buket bölgəsi yaxınlığındakı iki həbsxanaya basqın ediblər. Məlumata görə, dəstələr bir gün əvvəl şəhərin 80 faizinə nəzarəti ələ keçirib və dərhal Henrinin istefasını tələb ediblər.

Həbsxanalara hücum zamanı Haiti baş naziri Keniyada olub və burada beynəlxalq təhlükəsizlik kontingentinin Haitidə yerləşdirilməsi ilə bağlı danışıqlar aparıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə bildirib ki, Vaşinqton Haitidəki iki böyük həbsxanaya hücum və silahlı hücumdan sonra baş verənləri diqqətlə izləyir. Miller ABŞ-ın silahlı dəstələrin hərəkətlərini qınadığını bildirib.

Haitinin paytaxtı yaxınlığındakı həbsxanalara silahlı hücumlar martın 2 və 3-də baş verib. Dəstələrlə həbsxana mühafizəçiləri arasında baş verən atışmadan istifadə edərək 4 minə yaxın məhbus cəzaçəkmə müəssisəsindən qaçıb. İğtişaşlar zamanı 12 nəfər həlak olub.

Hökumət cinayətkarları tutmaq üçün 72 saatlıq fövqəladə vəziyyət rejimi tətbiq etmək qərarına gəlib.

 

Gununsesi.info