Həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Gununsesi.info -ya verilən məlumata görə, məhkum Abasqulu Namazova tanışı Tamerlan Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə metamfetamin, marixuana, heroin və metadon aşkar olunub

Faktla bağlı araşdırma aparılır.