Həbsxanaya narkotik maddə keçirmək istədi - FOTOLAR

Bakı istintaq təcridxanasına əynində geyindiyi alt paltarının içərisində narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.

Bu barədə-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

HTML tutorial

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanası və 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bakı istintaq təcridxanasına əynində geyindiyi alt paltarının içərisində narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.

Gununsesi.info xəbər verir k, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanası və 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qalib Ramazan oğlu Abasov Bakı istintaq təcridxanasına daxil olarkən üzərinə baxış keçirilən zaman əynində geyindiyi alt paltarının içərisində xüsusi üsulla gizlədilmiş 15 ədəd sellofan bükülüdə 5,599 qram narkotik maddə – heroin, 8 ədəd sellofan bükülüdə 1,542 qram psixotrop maddə – metamfetamin və üzərində 5 ədəd 0,2 qram narkotik tərkibli dərman pereparatı – metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ayxan İlqar oğlu Zamanova atası İlqar Nadir oğlu Zamanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,21 qram olan narkotik maddə – marixuana aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info