
Bakı şəhər sakininə hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 28-də Bakı şəhər sakinin Ömərxalid Fərmanova hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Anar
Gununsesi.info