Hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır - Nazir

Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır.

 

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, pandemiya dövrünün təhsilə təsirləri uzunmüddətli olacaq.

 

“Tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır. Hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır. Pandemiyanın emosional baxımdan təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Bu dövr xalqımız üçün sınaq dövrü oldu. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID-19 dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır”, – nazir bildirib.

 

Gununsesi.info