Hədəfləri vurmağa hazırıq -BAYDEN

  • By ilhame
  • 09 Noyabr 2023 22:00

“Əgər belə bir tədbirə ehtiyac olarsa, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hədəfləri vurmağa hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Amerika lideri İranla bağlı qrupları da hədələyib: “Lazım gələrsə, ABŞ onların hədəflərini vura biləcək”

Noyabrın 9-na keçən gecə Deyr əz-Zor əyalətinin Fərat çayı sahilində ABŞ hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) müttəfiq kürd birləşmələri və Suriya ordusu arasında toqquşmalar başlayıb. Toqquşmalar başlamazdan əvvəl Deyr əz-Zordakı Koniko qaz yatağındakı ABŞ bazası raket və pilotsuz təyyarələrdən atəşə tutulub.

Oktyabrın 27-də məlum olub ki, Bayden ABŞ Silahlı Qüvvələrinə silsilə hücumlara cavab olaraq Suriyada İrana məxsus olduğu iddia edilən hədəflərə zərbələr endirmək əmri verib.

Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, F-16 qırıcıları Suriyanın qərbində SEPAH və əlaqəli qruplar tərəfindən istifadə edilən iki hədəfi vurub.

Gununsesi.info